Tarix: 19.08.2024 / 18:28
Şərqi Azərbaycanda polad sənayesi ağır vəziyyətə düşüb    - Sədr

Şərqi Azərbaycanda polad sənayesi ağır vəziyyətə düşüb - Sədr

Elektrik enerjisinin paylaşımındakı qeyri-bərabərlik səbəbindən Şərqi Azərbaycanda sənaye, xüsusilə polad sənayesi ağır vəziyyətə düşüb.

Diaspora.TV xəbər verir ki, bu sözləri Təbriz Ticarət Palatasının Mədən və Metallar Komissiyasının sədri Ümid İsmayıl Zəfər deyib.

O, polad sənayesinin ən çox gəlir gətirən sahələrdən biri olduğunu söyləyib və bu sahəyə hazırkı münasibətin davam edəcəyi təqdirdə onun müflis olacağı barədə xəbərdarlıq edib:

"Hökumətin bu sahəyə dəstək verməsi zəruridir, mövcud şərait davam edərsə əyalətin polad ixracatı böhranla üzləşəcək".

Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının başçısı Əbdülhəmid Sərtipi də vəziyyətin ağır olduğu barədə danışıb.

O, xüsusən son iki ay ərzində elektrik enerjisi çatışmazlığı səbəbindən əyalətin polad sənayesinin ciddi çətinliklərlə üzləşdiklərinə diqqət çəkib.

Qeyd edək ki, son aylar elektrik enerjisinin verilişində uzun müddətli fasilələrin yaranmasına görə, bir sıra əyalətlərin, xüsusilə Şərqi, Qərbi Azərbaycan və Ərdəbil əyalətinin sənaye müəssisələrinə ziyan dəyib.

Bu səbəbdən avqustun 1-də Ərdəbil şəhərində zavod və fabrik sahibləri davamlı elektrik enerjisi kəsintilərinə görə etiraz aksiyası keçirib, hakimiyyətin problemin həllinə laqeyd yanaşmasından narazılıqlarını bildiriblər./ GünazTV


Şərhlər

Yaz...