Tarix: 02.05.2024 / 12:22
Hökuməti tənqid etdi,  vəzifədən çıxarıldı

Hökuməti tənqid etdi, vəzifədən çıxarıldı

Güneyli tədqiqatçı və ekofəal Əhməd Bayburdi İran hökumətinin ətraf mühitlə bağlı dağıdıcı fəaliyyətlərini ifşa etdiyinə görə Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Tədqiqat Mərkəzinin direktoru vəzifəsindən uzaqlaşdırılıb.

Diaspora.TV xəbər verir ki, onun hökumətin Araz çayını, Urmu gölünü və Güney Azərbaycan meşələrini çirkləndirməsi ilə bağlı fəaliyyətlərini üzə çıxardığı üçün vəzifəsindən kənarlaşdırıldığı güman edilir.

Qeyd olunub ki, ekofəal daha öncələr də müxtəlif dövlət şirkətləri tərəfindən Güney Azərbaycanın ətraf mühitinin məhv edilməsi haqqında xəbərdarlıq edib.

Şərhlər

Yaz...