Tarix: 16.11.2024 / 18:00
Hökumət mollası Pezeşkiana    COP29-a qatılmadığına görə təşəkkür etdi

Hökumət mollası Pezeşkiana COP29-a qatılmadığına görə təşəkkür etdi

İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amoli Bakıda keçirilən COP29 Konfransına toxunaraq Azərbaycanın uğurunu həzm edə bilmədiyini bu şəkildə büruzə verib.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.

“İslam dünyası o qədər tənəzzülə uğrayıb ki, bir tərəfdə müsəlman ölkələrinin liderləri konfrans keçirərək İsrailə qarşı çıxışlar edirlər, digər tərəfdən başqa bir müsəlman ölkəsi (Azərbaycan) iqlim dəyişikliyi ilə bağlı konfrans keçirərək İsrail “rejiminin qəddar prezidentini” tədbirə dəvət edir və onun ayaqlar altına qırmızı xalça sərir. Mən İran prezidenti Məsud Pezeşkiana Bakıda keçirilən COP29 Konfransında iştirak etmədiyinə görə ürəkdən təşəkkür edirəm. Əgər belə sammitə bir cinayətkar qatılarsa, bu bəla cinayətkar olmayanları da yandıracaq!”, - deyə o bildirib.

Hökumət mollası riyakar çıxışında Azərbaycan millətini “azəri” adlandıraraq deyib:

“Dünya “azərilərinin” əksəriyyəti İranda yaşayır və ona görə də İran onların tarixi vətənidir. Bu səbəbdən İran dünya azərbaycanlıları adından açıqlama verməlidir. Mən bütün dünya azərbaycanlıları adından bildirirəm ki, 50 min müsəlmanı öldürən bir rejimin başçısının Azərbaycanda olması bizi qəzəbləndirir. Azərilərin dünyadakı reputasiyası hərraca çıxarılmamalıdır. Onların tarixi nüfuzu qorunmalıdır”.

Şərhlər

Yaz...