İyun ayında qəbul edilən Almaniya vətəndaşlığı qanunu əcnəbilərin vətəndaşlıq almasını asanlaşdırıb, əsas dəyişikliklərdən biri də ikili vətəndaşlığa sahib olmaq imkanı olub.
Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, namizədlər Almaniyada rezident olduqdan təxminən beş il sonra vətəndaşlıq üçün müraciət edə biləcəklər. Bu dəyişikliyə qədər əcnəbilər yalnız səkkiz illik rezidentlikdən sonra vətəndaşlıq üçün müraciət edə bilərdilər.
Bundan başqa, Almaniya vətəndaşları ilə evli olan əcnəbilər ölkədə dörd il yaşadıqdan sonra vətəndaşlıq ala bilərlər. Alman cəmiyyətinə tam inteqrasiya olunmuş, yaxşı iş göstəriciləri, kifayət qədər maliyyə imkanları olan və alman dilini mükəmməl bilənlər üç ildən sonra vətəndaşlıq ala bilərlər. Xarici valideynlərin uşaqları səkkiz deyil, beş ilə Almaniya vətəndaşlığını ala bilərlər.