“Qazaxıstanda "Heydər" Xeyriyyə Evində Azərbaycan dili kursları açılacaq. Bu da diasporun mədəni irsinin qorunması və milli kimliyinin möhkəmləndirilməsində mühüm addım olacaq”.
Bu barədə məlumatı Diaspora.TV-yə açıqlamasında Qazaxıstanda yaşayan repressiya qurbanları nəslindən olan Ələkbər Fərəcullayev verib.
Ə.Fərəcullayevin sözlərinə görə, 1930-cu illərdə minlərlə azərbaycanlı Stalin repressiyaları çərçivəsində zorla Qazaxıstana köçürülüb:
“Sınaqlara baxmayaraq, bizim nəslimiz, repressiya qurbanları həyatda qalmağı, ölkənin inkişafına töhfə verməyi və öz ənənələrini qorumağı bacarıb”.