Tarix: 16 İyul 2024 15:30 | Baxış sayı: 343
Heydər Əliyev Mərkəzi   rus aktrisanı heyran edib

Heydər Əliyev Mərkəzi rus aktrisanı heyran edib

Rusiyalı aktrisa və debütant rejissor Polina Lazareva son vaxtlara qədər, bəlkə də, "Odlar Yurdu"nu ziyarət etməyən Lazarevlər sülaləsinin sonuncusu olaraq qalırdı. Amma bu bahar o, Bakıda keçirilən Rusiya Kino Günləri çərçivəsində Bakıda olub və səfər barədə təəsüratlarını bölüşüb.

Diaspora.TV xəbər verir ki, aktrisa “Moskva-Bakı” jurnalına Bakıda ilk dəfə olduğunu, şəhəri və insanları çox bəyəndiyini bildirib.

Bakıda üç unudulmaz gün keçirdiyini deyən qonaq Heydər Əliyev Mərkəzinin onu heyran etdiyini vurğulayıb. O, mərkəzdə tam bir gün keçirsələr də bütün müzeyi və ekzpozisiyaları görməyə vaxt qalmadığından şikayətlənib. Lakin o, yenidən Bakıya, Mərkəzə qayıtmağı arzuladığını söyləyib.


Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır