Tarix: 19.09.2024 / 14:30
Krımda saxta içki hazırlayıb satan azərbaycanlılar saxlanıldı   - VİDEO

Krımda saxta içki hazırlayıb satan azərbaycanlılar saxlanıldı - VİDEO

Müstəntiqlər Aluştada həyat üçün təhlükə yaradan spirtli içki istehsal edib satmaqda şübhəli bilinən 8 azərbaycanlı barəsində cinayət işi açıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Krımı ilhaq etmiş Rusiyanın İstintaq Komitəsinin Krım və Sevastopol üzrə Baş İstintaq İdarəsindən məlumat verilib.

Bir qrup şəxs Simferopol bazarından tərkibində spirt olan maye alıb, şərab qoxusu verən aromatlar əlavə edib. Onlar hazır surroqatı plastik şüşələrə tökərək Krım şərabı adı altında pərakəndə satış məntəqələrində və Aluşta sahilində satıblar.

Onlar Qazaxıstan Respublikası İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar. Yeraltı sexdə və pərakəndə satış obyektlərində aparılan axtarış zamanı 50 litrdən çox təhlükəli məhsul, içki hazırlamaq üçün qab və avadanlıq, 2 milyon rubl məbləğində pul və 11 min ABŞ dolları götürülüb.

"Ekspertiza göstərdi ki, məhsullar istehlak edildikdə həm sağlamlığa ciddi zərər, həm də ölümlə nəticələnə bilər", - deyə İstintaq Komitəsinin bəyanatında bildirilib.

İdarədən bildirilib ki, təşkilatçılardan biri qaçmağa cəhd etsə də, reysə minməzdən əvvəl Moskva hava limanında saxlanılıb.



Şərhlər

Yaz...