Antalyada depressiyaya düşən qadın Boğaçayı körpüsündən dərəyə atılıb.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, Antalyanın Konyaaltı rayonunda həyat yoldaşı ilə ayrılmaq prosesində olan Azərbaycanlı Kabatur B. yaxınlarına zəng edərək intihar edəcəyini bildirib.
Daha sonra Boğaçayı körpüsünə gedən qadın yaxınlarına xəbər verməsindən sonra hadisə yerinə gələn ərini görəndə qəfildən özünü körpünün məhəccərlərindən suya atıb.
112 Təcili Zəng Mərkəzinə məlumat verildikdən sonra hadisə yerinə xilasetmə, həkim və polis qrupları sövq edilib.
Xilas olunmaq istəmədiyini bildirərək qruplardan qaçan qadını inandırmaq asan olmayıb.
"Burada ağacın altında gözləyirdi, danışmaq istədim, 112-yə zəng edəndə qəfil özünü suya atıb" - deyə Kabatur B-nin həyat yoldaşı bildirib.
Sudan çıxarıldıqdan sonra qadın və əri həkimlər tərəfindən yoxlanılaraq ifadələrinin alınması üçün polis bölməsinə aparılıblar.