"İqor kapitanı uşaqlıqdan tanıyıram, atamla bir yerdə işləyirdi".
Diaspora.TV xəbər verir ki, bunu İTV-yə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların Təhlükəsizliyi İdarəsinin rəis müavini Fərhad Nəsirov deyib.
"Hər iki kapitanla səhər görüşmüşdük. Əhval-ruhiyyələri yaxşı idi. Mənə Moskvada məlumat verildi ki, belə bir faciə baş verib", - deyə F.Nəsirov deyib.