Tarix: 16.07.2024 / 18:01
Hər bir jurnalist bu zəfərə uyğun fəaliyyət göstərməlidir   - Siyasi şərhçi

Hər bir jurnalist bu zəfərə uyğun fəaliyyət göstərməlidir - Siyasi şərhçi

“Zəfər qazanmış Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ciddi şəkildə uğurlarımız var”.

Bu sözləri Diaspora.TV-yə siyasi şərhçi Elşad Paşasoy bildirib. O qeyd edib ki, mədəniyyətlərimizin tanıdılması, məlumat mübadiləsinin həyata keçirilməsi, diaspor təşkilatları ilə əməkdaşlığın inkişafı olduqca zərurudir:

“Bu əməkdaşlığın durmadan irəli aparılmasını vacib hesab edirəm. Çünki Azərbaycan dövləti, xalqı uzun illər ərzində həqiqətlərin yayılması, informasiya blokadasının yarılması istiqamətində maneələrə tuş gəlib. Zamanında sovetlər zindanı vardı və bu zindanı dəmir barmaqlıqlardan aşıb keçmək çətin idi. Sonrakı dönəmlərdə həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində olduqca çətin duruma düşürdük. Hətta Bakıda baş verən qırğın zamanı belə həqiqətlərimizi dünyaya yaya bilmirdik. Həmçinin Xocalı soyqırımı zamanı və bu kimi dəhşətli faktlarla bağlı beynəlxalq təşkilatlara məlumatlar çatdırmaq imkanlarımız mövcud deyildi. Artıq şükürlər olsun ki, o mərhələ geridə qalıb”.

Elşad Paşasoy hesab edir ki, hazırda bunlarla kifayətlənmək olmaz:

“Çünki qarşı tərəf hər zaman əleyhimizə təbliğat aparmaqdadır. Bu istiqamətdə işlərimizi davam etdirməliyik. Hesab edirəm ki, zəfər qazanmış Azərbaycan dövlətinin media qurumları, eyni zamanda hər bir jurnalist bu zəfərə uyğun fəaliyyət göstərməlidir. Bu istiqamətdə zəruri görüləsi işlər də var. Xüsusu ilə də Azərbaycan mətuatının təmsilçilərinin dil üstünlüklərinin irəli aparılması zərurudir. Çünki əməkdaşlıq etdiyin media qurumlarının təmsilçiləri ilə onların öz dilində danışmaq imkanlarının əldə olunması əlavə üstünlüklər vəd edir”.

Siyasi şərhçinin fikirincə, həmin ölkələrin medai quruluşlarında çıxış etmək həm ölkəyə, həm də hər bir jurnalistə böyük üstünlüklər qazandırar:

“Hesab edirəm jurnalistlərin ixtisaslaşması istiqamətində ciddi işlər həyata keçirilməlidir. Ali məktəblərdə jurnalistlərin hazırlanması, onların dil biliklərinə üstünlük verilməsi və ayrı-ayrı ölkələr, cografiyalar üzrə jurnalistlərin yetişdirilməsi məsələsinə də diqqət yetirilməsi faydalı olardı. Ümumilikdə bu prosesdə Azərbaycan diasporunun, türk dövlətlərinin diaspora təşkilatlarının həmin ölkələrdəki üstünlüklərindən istifadə mətbuatımıza əlavə dividentlər qazandırar. Ümumi şəkildə yoldan çəkilmək lazım deyil. Son illərdə, xüsusilə də 44 günlük müharibədən sonra erməni faşizminin Azərbaycana vurduğu zərbələr, işğalın nəticələri, vandalizm aktları Azərbaycan dövlətinə qarşı törədilmiş cinayətlərin yerindəcə təqdimatı və onların ölkə sərhədlərindən kənarda yayılması baxımından Azərbaycan dövlət qurumları, konkret Prezident Administrasiyası və digər qurumların təşəbbüsü ilə xarici medai təmsilçilərinin bölgələrə, Qarbağa, Şərqi Zəngəzura səfərləri, mina qurbanları ilə bağlı konkret yerində təqdimatların özü həqiqətlərimizin yayılmasında mühüm rol oynayır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...