Tarix: 06 Aprel 2024 09:18 | Baxış sayı: 1370
Soydaşımız Paris Yay Olimpiya oyunlarına vəsiqə qazanıb

Soydaşımız Paris Yay Olimpiya oyunlarına vəsiqə qazanıb

Ukraynada yaşayan soydaşımız Pərviz Nəsibov Paris Yay Olimpiya oyunlarına vəsiqə qazanıb.

Diaspora.TV xəbər verir ki, P.Nəsibov 67 kq çəki dərəcəsində Yunan-Roma güləşi üzrə Paris Yay Olimpiya oyunlarında iştirak edəcək. Əslən azərbaycanlı olan P.Nəsibov beynəlxalq yarışlarda vətəndaşı olduğu Ukraynanı təmsil edir. O, sonuncu Tokio Yay Olimpiya oyunlarının gümüş mükafatçısıdır.

Qeyd edək ki, P.Nəsibov Azərbaycanın Ağstafa rayonunda doğulub və hazırda Ukraynanın Nikolayiv şəhərində yaşayır.


Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır