Tarix: 18.04.2024 / 11:58
Həmyerlimiz Cənubi Türk Amerika Ticarət Palatası  İdarə Heyətinə üzv seçilib

Həmyerlimiz Cənubi Türk Amerika Ticarət Palatası İdarə Heyətinə üzv seçilib

ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova Cənubi Türk Amerika Ticarət Palatasının (TACCS) idarə heyətinə üzv seçilib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Esmira Bayramova palataya üzv olmasını ABŞ-dəki Azərbaycan və Türkiyə icmalarının biznes sahəsində əməkdaşlıqlarının daha da güclənməsinə töhfə verəcəyini bildirib.



Qeyd edək ki, TACCS biznesmenlərin, sahibkarların fikir, strategiya və təcrübələrini bölüşmək üçün bir araya gəldiyi platformadır. TACCS-nin məqsədi ABŞ-də və xaricdəki üzvlər arasında tərəfdaşlıqların gücləndirilməsinə, məlumat mübadiləsinin inkişafına, biznes imkanlarının təşviqinə uyğun mühit yaratmaqdır. Təşkilatın əsas hədəfi üzvlərin bütün potensialını açmaq, onların qlobal bazarda inkişafına lazım olan alətlər, resurslar və şəbəkələrlə təmin etməkdir.

Şərhlər

Yaz...