"Həmrəylik Günü bizi birləşdirir, unikal və zəngin milli mədəniyyətimizin və adət-ənənələrimizin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini xatırladır. Biz irsimizlə fəxr edirik və onu gələcək nəsillərə ötürməyə çalışırıq. Yalnız birlikdə, bir-birimizə dəstək olmaqla, hər hansı bir çətinliyin öhdəsindən gələ və əsl uğur qazana bilərik".
Diaspora.TV xəbər verir ki, bu sözləri Orenburq Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Yaşar Məsimov deyib.
Y.Məsimov bildirib ki, Yeni il ümid, sevinc və xoşbəxtlik arzusu ilə dolu xüsusi bir vaxtdır:
"2025-ci il hər birimiz üçün yeni imkanlar, inkişaf və uğurlar ili olsun. Qoy bu, xalqlar arasında sülh və harmoniya gətirsin ki, biz dostluq və qarşılıqlı anlaşma şəraitində yaşaya bilək".