Tarix: 09.07.2024 / 12:05
Həmin diaspor təşkilatlarına güzəştlərin tətbiqi...   - İqtisadçı

Həmin diaspor təşkilatlarına güzəştlərin tətbiqi... - İqtisadçı

“Turizmin təşviqi ilə bağlı həm dövlət, həm turizm agentliyi, həm də özəl sektor tərəfindən təşviqat işləri aparıla bilər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli diaspor təşkilatlarına güzəştli limitlərin ayrılmasının müsbət tərəflərini izah edərkən deyib. Onun sözlərinə görə, bu eyni zamanda turizmə marağı artıra bilər:

“Müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ölkədə turizmin inkişafına müsbət təsir göstərə bilər. Hesab edirəm ki, diaspor təşkilatlarına güzəştli limitlərin ayrılması ölkənin imicinə müsbət təsir göstərə bilər. Həmçinin ölkənin gələcək siyasi nüfuzunun artırılmasına, vətənimizin tanıtımı baxımdan da müsbət addım ola bilər”.

Eyyub Kərimli bildirib ki, bu gün dünyada nüfuzlu diaspor təşkilatları var:

“Həmin diaspor təşkilatlarına müəyyən güzəştlərin tətbiq olunması gələcəkdə Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olar. Bu da ölkənin iqtisadi sektoruna müsbət təsir göstərə bilər. Çünki turistlər həm də potensial investorlardır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...