Suriya Ərəb Respublikasının Hələb şəhərində olan dahi Azərbaycan şairi İmadəddin Nəsiminin türbəsinin yeni görüntüləri yayılıb.
Görüntülər türbəni ziyarət edən bir sakin tərəfindən çəkilib.
Video görüntülərdən məlum olur ki, hasarla əhatələnən məqbərənin yerləşdiyi küçədə divarın üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub.
Ziyarətçi türbəyə girə bilməyib. Lakin o, məhəccər pəncərələrdən Nəsiminin məzarının görüntülərini çəkib. Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələrinin və ideya davamçılarının da məzarları var.
Neçə illərdir hərbi münaqişənin davam etdiyi, böyük dağıntılara məruz qalmış şəhərdə şairin məqbərəsinin taleyi Azərbaycan cəmiyyəti üçün maraqlı idi.
Qeyd edək ki, 2019-cu ildə Nəsimi şəcərəsinin Hələb şəhərində yaşayan nümayəndəsi Bəşşar Nəsimi bin Əhməd Cövdət türbəni şəxsi hesabına təmir edib.
Diaspora.TV həmin görüntüləri təqdim edir: