Tarix: 12.06.2024 / 09:00
Hələ də bizə qarşı informasiya müharibəsinin aparıldığını görürük   - Vüqar Zifəroğlu

Hələ də bizə qarşı informasiya müharibəsinin aparıldığını görürük - Vüqar Zifəroğlu

“İstər Azərbaycan gələn xarici media quruluşlarının nümayəndələri, istərsə də blogerlərin hər birinin özünəməxsus auditoriyaları var. Ələlxsus da blogerlərin. 44 günlük Vətən Müharibəsi dövründə də biz gördük ki, həmin blogerlər ermənilərin bizə qarşı apardığı informasiya savaşında onlardan öndə olmağımızda olduqca önəmli rol oynadılar”.

Bu sözləri Diaspora.TV-yə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib. O hesab edir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmasında, əməliyyatlar zamanı baş verən proseslərin obyektiv şəkildə dünya ictimaiyyətinə ötürülməsində, obyektiv informasiyalarla əcnəbi medianın təmin edilməsi məsələsində və s. bütün bunların hər birində öz müsbət təsirini göstərmiş oldu:

“Bu mənada istər xarici media quruluşları, istər xarici jurnalistlərlə, istərsə də blogerlərlə əməkdaşlıq bizə müsbət məqamlar verə bilir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycana qarşı istər Ermənistan, istərsə də onun havadarları tərəfindən hələ də informasiya müharibəsinin aparıldığını görürük. Fransa mediasında son vaxtlar Azərbaycana qarşı yazılanlar da buna əyani sübutdur, özü də əsassız şəkildə. Və ya bir sıra başqa ölkələrin media quruluşları da həmçinin. Elə bizə qonşu olan ölkələrin media quruluşlarında da biz dəfələrlə qeyri-obyektiv yanaşmaların şahidi olmuşuq”.

V.Zifəroğlunun fikirincə, bu neqativləri aşmaq üçün xarici media quruluşları və blogerlərlə əməkdaşlığın olması müsbət haldır.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...