Tarix: 24.03.2024 / 14:46
"Hədəfdə həm də Rusiyadakı imkanlı azərbaycanlılar var..."

"Hədəfdə həm də Rusiyadakı imkanlı azərbaycanlılar var..."

Rusiyada baş verən hadisə teraktdır, böyük faciədir. Kimin hansı niyyətlə törətməsindən, hədəfində kimlər və nələr olmasından asılı olmayaraq lənətlənməlidir.

Diaspora.tv xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Cəmaləddin Quliyev çıxış edib.

"Ancaq, deyəsən, kimsə cinayətin faillərini tapmaqda maraqlı deyil, hər kəs cinayətkarı "təyin etməyə" tələsir. Qərb hansısa İŞİD-Vilayəti Xorasan təşkilatını günahkar təyin edir, Rusiya Qərb və Ukrayna xüsusi xidmətlərini, Ukrayna Putinin çevrəsini. Hər "təyinatın" arxasında müəyyən məntiq və əsaslandırmalar da yox deyil. Ümumiyyətlə əsl günahkarlar tapılacaqmı? Bu gedişatla çətin ki... Amma hansı tərəfə çevirilirsə-çevrilsin, necə yozulur-yozulsun, hədəf də həm də azərbaycanlı icmasının biznesi, Rusiyadakı imkanlı azərbaycanlılar var...", - deyə C.Quliyev əlavə edib.

Şərhlər

Yaz...