Tarix: 19.05.2024 / 15:07
 Heç kim bizim aramıza girə bilməz  - Prezident

Heç kim bizim aramıza girə bilməz - Prezident

İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir.

Diaspora.TV xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib.

“İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”, - dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir:

“Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik”.

Şərhlər

Yaz...