2023-cü il Nobel Sülh Mükafatının qalibi, güneyli hüquq müdafiəçisi və siyasi məhbus Nərgiz Məhəmmədi dünən “Çillə gecəsi” ilə bağlı Zəngan zindanının qarşısında hər kəsi Azərbaycan dilində təbrik edərək, İrandakı bütün siyasi və ideoloji məhbusları ehtiramla yad edib.
Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.
“Heç bir çətinlik sona qədər davam etməyəcək. Yəni ilin ən qaranlıq gecəsi belə bitəcək və ümid səhəri yenidən açılacaq... İranda qaranlıq edam gecəsinin bitdiyi, ümid və qələbə səhərinin gələcəyi günü qeyd edəcəyimizi ümid edirəm. Eyni zamanda, ümid edirəm ki, İranın azadlığını, demokratiyasını və bərabərliyini işıqlandıran bir səhəri qeyd edəcəyik”, - deyə, Nərgiz Məhəmmədi bildirib.