“Həbsxanadan kənarda daha çox şey edə bilsəm də, zindanın məni susdurmasına icazə verməyəcəyəm. Qadın və insan hüquqlarına, eləcə də azadlığıma bağlılığımı heç bir həbsxana divarı mane ola bilməz. İnsan və qadın hüquqlarını müdafiə etmək cinayət deyil”.
Diaspora.TV "Azadİran"a istinadla xəbər verir ki, bu barədə açıqlamanı 2023-cü il Nobel Sülh Mükafatının qalibi, qadın hüquqları müdafiəçisi və güneyli siyasi məhbus, hazırda isə tibbi məzuniyyətdə olan Nərgiz Məhəmmədi Nobel Komitəsinə verdiyi müsahibədə deyib.
Məhəmmədi İranda siyasi məhbusların səssizcə edam edilməsini pisləyib. O bildirib ki, fəaliyyətini davam etdirməsi üçün azad olmalıdır.
Güneyli siyasi məhbusun sözlərinə görə, İslam Respublikası onu susdursa belə, onun üçün heç bir şey dəyişməyəcək, çünki İran xalqı artıq ayağa qalxıb.