Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan və Təbrizdə rejimin zindanında həbsdə saxlanılan azərbaycanlı fəallar Salar Tahir Əfşar və Kərim İsmayılzadə aclıq aksiyası keçirdiklərinə və bu aksiyanı dayandırmadıqlarına görə zindan nəzarətçiləri tərəfindən bir neçə dəfə işgəncəyə məruz qalıb və döyülüblər.
Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Azərbaycanlı fəal Salar Tahir Əfşar da ailəsi ilə telefon əlaqəsi saxlamaqdan və görüşdən məhrum edilib.
Qeyd edək ki, hər iki azərbaycanlı milli fəal Evin zindanında aksiya keçirən azərbaycanlı məhbuslara dəstək məqsədilə iyunun 24-dən aclıq aksiyası keçiriblər.