Tarix: 26.06.2024 / 15:38
Həbsdə olan milli fəalın ailəsi ilə görüşünə   qadağa qoyulub

Həbsdə olan milli fəalın ailəsi ilə görüşünə qadağa qoyulub

Təbriz həbsxanasında məhkumluq dövrünü yaşayan milli fəal Salar Tahir Əfşara qarşı məhdudiyyətlər tətbiq edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə onun Bacısı Sevda Tahir Əfşar məlumat yayıb.

Bildirib ki, Salar Tahir Əfşar aclıq aksiyasına başlayandan sonra onun ailəsi ilə görüşü və telefon danışığına qadağa qoyulub.

Salar Tahir Əfşar Tehranın Evin həbsxanasında saxlanılan və aclıq aksiyası keçirən fəallara dəstək verdiyinə görə təzyiqlərlə üzləşib, aclıq aksiyasına əl atıb.

Qeyd edək ki, 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 4 milli məhbus, qeyri-müəyyən şəraitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər.

Onlara dəstək məqsədilə Təbriz həbsxanasında saxlanılan Kərim İsmayılzadə və Salar Tahir Əfşar da aclıq aksiyasına əl atıblar./GünazTV

Şərhlər

Yaz...