Tarix: 23.12.2024 / 15:00
Həbsdə olan azərbaycanlının    həyatı təhlükədədir

Həbsdə olan azərbaycanlının həyatı təhlükədədir

Həbsdə olan azərbaycanlı milli fəal Muxtar İbrahiminin həyatı təhlükədədir.

Diaspora.TV xəbər verir ki, bu barədə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) məlumat yayıb.

Məlumata görə, azərbaycanlı fəal böyrək xəstəliyindən əziyyət çəkir və həkimlər onun əməliyyat olunması barədə arayış verməsinə baxmayaraq, həbsxana rəhbərliyi fəalın müalicəsinə icazə vermir.

Ötən gün Muxtar İbrahimi böyrək ağrılarından huşunu itirdikdən sonra həbsxananın tibb məntəqəsinə köçürülüb. O, ağrıkəsici dərman verildikdən sonra yenidən palataya qaytarılıb.

Bununla yanaşı, Muxtar İbrahiminin ailəsinin ona göndərdiyi dərmanların çatdırılmaması səbəbindən fəalın vəziyyətinin ağırlaşdığı bildirilir.

Qeyd edək ki, azərbaycanlı fəal “hökumətə qarşı təbliğat” ittihamına görə, 1 il müddətinə azadlıqdan məhrum edilib.






Şərhlər

Yaz...