Evin həbsxanasında saxlanılan milli fəal, vəkil Tahir Nəqəvinin səhhəti ağır olsa da, xəstəxanaya göndərilməsinə icazə verilməyib.
Diaspora.TV xəbər verir ki, bu barədə yerli insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, azərbaycanlı vəkil həbsxana paltarı və qandaldan imtina etdiyinə görə, həbsxana rəhbərliyi onun xəstəxanaya göndərilməsinin qarşısını alıb.
Qeyd edək ki, Tahir Nəqəvi fevralın 6-da Kərəc şəhərində həbs edilib.