Tarix: 27.09.2024 / 16:02
Həbsdə olan azərbaycanlı vəkilin müalicəsinə    icazə verilmir

Həbsdə olan azərbaycanlı vəkilin müalicəsinə icazə verilmir

Ərdəbil şəhərinin həbsxanasında saxlanılan 77 yaşlı vəkil və milli hərəkat fəalı Pərviz Siyabi Gürcani müxtəlif xəstəliklərdən əziyyət çəksə də, onun müalicəsinə icazə verilmir.

Diaspora.TV xəbər verir ki, həkimlər Pərviz Siyabinin yaşının çox olması və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyinə görə, onun 6 illik həbs cəzasından azad edilməsi və ya ev həbsinə buraxılması ilə bağlı rəy veriblər.

Buna baxmayaraq, məhkəmə və zindan rəhbərliyi bununla razılaşmayıb və fəalın həyatının təhlükədə olmasına əhəmiyyət vermirlər. Pərviz Siyabinin vəziyyətinin ağır olması ilə bağlı Tibbi Ekspertiza Mərkəzinin həkimləri də arayış veriblər. Ancaq 77 yaşlı milli fəal həbsxanada olan sexlərdən birinin anbarında işlədilir./ GADTB


Şərhlər

Yaz...