Tarix: 11.12.2024 / 12:30
Həbsdə olan azərbaycanlı vəkil  tibb xidmətdən məhrum edilib

Həbsdə olan azərbaycanlı vəkil tibb xidmətdən məhrum edilib

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvinin bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, onun müayinə və müalicəsinə qoyulan məhdudiyyətlər davam edir.

Diaspora.TV xəbər verir ki, bu barədə insan haqları təşkilatlarının yaydığı məlumatda deyilir.

"May ayından həbsxananın həkimi Nəqəvinin prostat vəzinin kütləsindən nümunə götürmək, ultrasəs və MRT etmək üçün xəstəxanaya göndərilməsini tövsiyə etsə də, həbsxana rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib. O, prostat vəzi xəstəliyi və onurğa sütununda şiddətli ağrılar səbəbindən ağır vəziyyətə düşüb. Bununla yanaşı vəkilin dizindəki problemlər və sağ əlinin hərəkət qabiliyyətinin azalması onun normal hərəkət etməsinə mane olub", - deyə bildirilib.

Qeyd edək ki, Tahir Nəqəvi fevralın 6-da Kərəc şəhərində həbs edilib.



Şərhlər

Yaz...