Tarix: 01.07.2024 / 15:11
Həbsdə olan azərbaycanlı reperin aclıq aksiyası  davam edir

Həbsdə olan azərbaycanlı reperin aclıq aksiyası davam edir

Fars-molla rejimin həbs etdiyi azərbaycanlı reper Milad Cəlilinin (Elşən) aclıq aksiyası davam edir.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Təbrizdə rejimin zindanında 8 aylıq həbs cəzasını çəkən azərbaycanlı reper 5 gündür aclıq aksiyası keçirir.

Molla rejimi aclıq aksiyası keçirən Milad Cəlilinin digər azərbaycanlı milli fəallar Kərim İsmayılzadə və Salar Tahir Əfşarla birlikdə telefon danışığı haqqına da qadağa qoyub.

Bu yaxınlarda hər üç siyasi fəal bəyanat yayaraq bildiriblər ki, Evin zindanında həbsdə olan Güney Azərbaycanın siyasi məhbusları Tahir Nəqəvi, Əbdüləziz Əzimi Qədim, Hüseyn Piri, Ayaz Seyfxaha qarşı edilən zorakı rəftar bitməyənə qədər aclıq aksiyasını davam etdirəcəklər.




Şərhlər

Yaz...