Tarix: 12.11.2024 / 10:00
Həbsdə olan azərbaycanlı hüquqşünas aclıq     aksiyasına başladı

Həbsdə olan azərbaycanlı hüquqşünas aclıq aksiyasına başladı

Tehranın Evin zindanında saxlanılan azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq aksiyasına başlayıb.

Diaspora.TV xəbər verir ki, Nəqəvi bu addımı həbsxana nəzarətçisinin ona qarşı haqsızlığından, basqı və hədələrindən sonra atıb.

Azərbaycanlı milli fəalın ailəsinin verdiyi məlumata görə, bu gün Nəqəvi həbsxanada həkimə müraciət edərkən daha öncə onu döyən nəzarətçilərdən biri ilə qarşıdurma yaranıb.

Münaqişəni həmin nəzarətçi başladıb və Nəqəvini hədələyib. Hadisədən sonra Nəqəvi bu təzyiq və təhdidlərə etiraz olaraq aclıq aksiyasına başlayıb. Həbsxana rəhbərliyinə şikayət ərizəsi göndərib./GADTB





Şərhlər

Yaz...