Güneyli fəal Yusif Kari 300 milyon tümən (7 min 127 $) girov müqabilində Ərdəbil zindanından zaminə buraxılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə GADTB məlumat yayıb.
Məlumata görə, güneyli fəalın sərbəst buraxılması üçün 100 milyon tümən (2 min 375 $) təyin edilib. Sonra isə bu qərar dəyişdirilib.
Xatırladaq ki, Yusif Kari bir neçə həftə öncə küçədə satıcılıq etdiyi üçün polis qüvvələri tərəfindən saxlanılıb. O, həbs edildiyi zaman yoldan keçənlərə səslənərək deyib ki, “hökumət mənim oğurluq etməyimi istəyir, mənim satıcılıq edərək pul qazanmağıma mane olur”.
Eyni zamanda, gənc fəal polis bölməsində zorakılığa da məruz qalıb.