Tarix: 29.10.2024 / 15:30
Həbsdə olan azərbaycanlı fəal türklərə    çağırış etdi

Həbsdə olan azərbaycanlı fəal türklərə çağırış etdi

Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Araz Aman çağırış edib.

Diaspora.TV xəbər verir ki, azərbaycanlı fəal səs yazısı yaymaqla Azərbaycan türklərinə çağırış edib.

Fəalın qardaşı isə sosial şəbəkə hesabında paylaşım edərək Araz Amanın mənəvi işgəncələrlə yanaşı, fiziki ingəncələrə də məruz qaldığını və iki dişinin sındırıldığını bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal bu yaxınlarda Evin zindanında ola-ola, digər azərbaycanlı fəallarla birlikdə mühakimə edilib. Hakim Əbülqasım Salavatinin sədrliyi ilə keçirilən məhkəmədə çıxarılan hökmə əsasən, Araz Aman Zeynabad, Baqer Hacızadə və Ayaz Seifkhah Kalankeş hər biri on üç il, Hüseyn Piri 5 il, Kamal Nuri 3 il həbs, 2 ili şərti, Salar Tahir Afşar 5 il, Said Minayi 5 il, Süleyman Məhəmmədi 3 il, Tahir Nəqəvi, Mürtəza Pərvin 6 il, Vədud Əsədi 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./ GADTB



Şərhlər

Yaz...