Tarix: 21.10.2024 / 15:18
Həbsdə olan azərbaycanlı fəal               türk xalqına    müraciət edib

Həbsdə olan azərbaycanlı fəal türk xalqına müraciət edib

Evin həbsxanasına salınan azərbaycanlı fəal Ayaz Seyfxah səs yazısı vasitəsilə türk xalqına müraciət edib, üzləşdiyi haqsızlıqlardan danışıb.

Diaspora.TV xəbər verir ki, bu barədə fəalın qardaşı özünün sosial media hesabında paylaşım edib:

"Qardaşım dindirilmə zamanı verdiyi ifadəyə görə, işgəncələrə məruz qalıb. Onu hədələyiblər ki, həbsxanadan çıxandan sonra saxta qəza ilə üzləşəcək".

Qeyd edək ki, Azərbaycanlı fəala indiyə qədər öz vəkili ilə əlaqə saxlamağa da icazə verilməyib.






Şərhlər

Yaz...