Tarix: 05.06.2024 / 15:31
Həbsdə olan azərbaycanlı din xadimindən mediaya  ETİRAZ

Həbsdə olan azərbaycanlı din xadimindən mediaya ETİRAZ

İran hökumətinin 4 aya yaxındır ki, Evin zindanında saxladığı güneyli milli fəal və məşhur din xadimi Əbdüləziz Əzimi Qədim açıq məktub yayaraq farsdilli hökumət mediasına etiraz edib.

Diaspora.TV xəbər verir ki, məktubda o, güneyli fəallarla bağlı paylaşılan xəbərlərə farsdilli medianın qarşı çıxdığını bildirib.

Qeyd edək ki, milli fəallardan Əbdüləziz Əzimi Qədim, Bağır Hacızadə, Araz Aman, Hüseyn Piri, Tahir Nəqəvi, Kərəm Mərdanə və Murtaza Pərvinin həbsindən 4 aya yaxın vaxt keçir.

Onlar fevralın 5-i və 6-da hökumət tərəfindən həbs olunduqdan sonra məhkəmə rəsmilərinin maneələri üzündən vəkillə görüşməkdən və girov qarşılığında azadlığa buraxılmaqdan məhrum ediliblər./Azad İran



Şərhlər

Yaz...