Tarix: 03.07.2024 / 12:24
Həbsdə olan azərbaycanlı alimin  xanımı İsveç XİN rəhbəri ilə   görüşüb

Həbsdə olan azərbaycanlı alimin xanımı İsveç XİN rəhbəri ilə görüşüb

İrqçi fars-molla rejimin edam etmək istədiyi azərbaycanlı alim Əhmədrza Cəlalinin xanımı İsveç XİN rəhbəri ilə görüşüb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Əhmədrza Cəlalinin xanımı Vida Mehrannia qızı ilə birlikdə dünən ərinin azadlığa buraxılmasına razı salmaq üçün İsveçin xarici işlər naziri Tobias Billström ilə görüşdən sonra məyusluğunu ifadə edib.

Vida Mehrannia görüşdən sonra deyib:

“Onlar mənə dedilər ki, bu məsələnin üzərində işləyirlər, ancaq heç nə dəqiqləşdirməyiblər. Mən çox məyus oldum”.

İsveçin XİN başçısı isə azərbaycanlı alimin xanımı ilə görüşün ardınca bildirib:

“Mən cənab Cəlalinin ailəsinin məyus olmasına dərindən kədərlənirəm. Ancaq bu görüşdə nələrin müzakirə edildiyi barədə detallara varmaq istəmirəm”.

Qeyd edək ki, Əhmədrza Cəlali 2016-cı ildə İranda keçirilən akademik konfransda iştirak etdikdən sonra “İsrailin xeyrinə casusluq” ittihamı ilə həbs edilib.

O, 2017-ci ildə İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Şərhlər

Yaz...