Tarix: 27 İyun 2024 18:38 | Baxış sayı: 2748
Həbsdə olan azərbaycanlı alim aclıq aksiyasına   başlayıb

Həbsdə olan azərbaycanlı alim aclıq aksiyasına başlayıb

İkili vətəndaşlığı olan və hazırda Tehranın Evin zindanında edam hökmü altında yaşayan azərbaycanlı professor Əhmədrza Cəlali aclıq aksiyasına başlayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bununla bağlı, Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehrania “X” hesabında paylaşım edərək yazıb:

“Həyat yoldaşım dünyaya səsini çatdırmağın yeganə yolunun aclıq aksiyası keçirmək olduğunu düşündüyü üçün buna əl atıb”.

Qeyd edək ki, iyunun 15-də İsveç və İran arasında məhbus mübadiləsi olub, İsveç hökuməti bu ölkədə həbsdə olan iranlı keçmiş prokuror köməkçisi və siyasi qətllərin iştirakçısı Həmid Nurini sərbəst buraxıb və qarşılığında Tehranda həbsdə olan iki İsveç vətəndaşı ölkələrinə qaytarılıb.

Xatırladaq ki, iki ölkə arasında baş tutan məhbus mübadiləsindən sonra Vida Mehrania ərinin azadlığa buraxılmamasına etiraz etmişdi.

Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?