Tarix: 20.11.2024 / 14:29
Həbsdə olan azərbaycanlıdan    4 milyard aldılar

Həbsdə olan azərbaycanlıdan 4 milyard aldılar

Azərbaycan Milli Hərəkatının fəalı Mahmud Ocaqlı 4 milyard tümən girov qarşılığında 3 günlük məzuniyyətə göndərilib.

Diaspora.TV xəbər verir ki, bu bu barədə GünazTV məlumat yayıb.

Ocaqlının qohumlarının dediyinə görə, 11 il müddətinə həbs edilən fəal bir neçə ay məzuniyyət tələb etdikdən sonra onun arzusu bu şəkildə reallaşdırılıb.

Qeyd edək ki, 2022-ci ildə təhlükəsizlik qüvvələrinin saxladığı Mahmud Ocaqlı "İran İslam Respublikası əlehinə təbliğat aparmaq", "Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq" ittihamı ilə həbs edilib.



Şərhlər

Yaz...