Tarix: 09.10.2024 / 19:47
Həbs edilən azərbaycanlı professordan    xəbər yoxdur

Həbs edilən azərbaycanlı professordan xəbər yoxdur

Güneyli yazıçı-şair, tədqiqatçı və türkşünas Həsən Umudoğlu oktyarbrın 7-də evindən çıxarkən Təbrizin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb.

Diaspora.TV xəbər verir ki, onun hara aparılması, eləcə də həbsinin səbəbi bəlli deyil.

Qeyd edək ki, güneyli professorun leksikoqrafiya, ədəbiyyat tarixi, habelə “Kitabi-Dədə Qorqud” dastanının tədqiqatı haqqında əsərləri var. O, dəfələrlə ETTALAAT İdarəsinə çağırılaraq hədələnib./AZOH




Şərhlər

Yaz...