Tarix: 08.09.2024 / 17:45
Hansı sənətçi istəməz ki, sənəti ilə ölkəsini tanıtsın?    - Kübra Əliyeva

Hansı sənətçi istəməz ki, sənəti ilə ölkəsini tanıtsın? - Kübra Əliyeva

“Akademik Milli Dram Teatrı ilə İstanbulda və Kiprdə qastrol səfərlərində olmuşam”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında aktrisa, Əməkdar artist Kübra Əliyeva deyib.

K.Əliyevanın sözlərinə görə, Azərbaycanın klassik filmləri dünyada tanınır, baxılır:

“Hansı sənətçi istəməz ki, sənəti ilə ölkəsini tanıtsın? Çox istəyirəm ki, filmlərimiz, seriallarımız dünyada tanınsın. Təkcə “Arşın mal alan” kimi klassik filmlər yaxud da dünyasını dəyişən bəstəkarlarımızın simfoniyaları deyil, digərlərini də tanıdaq. Bu bizim üçün fəxrdir”.

Əməkdar artist qeyd edib ki, hazırda incəsənətdə bəzi axsaqlıqlar var:

“Problemlərin, çatışmazlıqların olmağı normaldır. Mənim rəfiqəm Kanadada yaşayır. O, türk filmlərini müxtəlif dillərə tərcümə ilə izləyir. Qardaş ölkə necədirsə, çox istəyirəm ki, bizdə də elə olsun. Film və seriallarımız dünya ölkələrində tərcümə edilib, yayımlansın. “Şirbalanın məhəbbəti”, “Evləri köndələn yar” kimi iki klassik əsərim tərcümə olunsun, dünyada tanınsın. Bir aktrisa kimi çəkdiyim əməyin qarşılığını görmək, mənə xoş olar”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...