“Dünya Azərbaycanlılarının Beynəlxalq Fondundan (DABF) dəvət alanda tərəddüd içindəydim. Düşünürdüm ki, görəsən necə olacaq, tərkib necədir? Adətən bu kimi addımlar çox da uğurlu olmur”.
Diaspora.TV xəbər verir ki, bu sözləri İtaliyanın Roma şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) 4-cü Forumunda çıxışı zamanı Milanda yaşayan diaspor fəalı Diana Məmmədova deyib.
Onun sözlərinə görə, Forumda səsləndirilən lahiyələr böyük ümidlər yaradır:
“Forumda iştirak etmək çox xoşdur. Ötən bir ilin hesabatına baxdım. Çox böyük işlər görülüb. İnanıram ki, qeyd edilən bütün layihələrin daha artığını həyata keçirəcəyik. Hamımız əlimizi daşın altına qoymaqla uğurlu nəticələr əldə edəcəyik. Mən də öz növbəmdə İtaliyada – Milanda yaşayan azərbaycanlıları səfərbər etməyə çalışacağam. Ümid edirəm ki, hədəflərə ən qısa zamanda çatacağıq”.
Xəyalə Zöhrab
Diaspora.TV
Arif Qədirov
Diasporun həmrəyliyə ehtiyacı böyükdür
15.05.2024 / 00:44