Tarix: 26.07.2024 / 20:30
Gürcüstanın ən yaşlı azərbaycanlısı   dünyasını dəyişib

Gürcüstanın ən yaşlı azərbaycanlısı dünyasını dəyişib

Gürcüstanda yaşayan ən yaşlı soydaşımız, pedaqoq, jurnalist, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində çalışmış Dünyamalı Kərəm (Əliyev) iyulun 26-da 104 yaşında dünyasını dəyişib.

Diaspora.TV xəbər verir ki, bu barədə D.Kərəmin yaxınları məlumat yayıblar.

Qeyd edək ki, Dünyamalı Kərəm oğlu Əliyev 1920-ci il aprelin 28-də Bolnisi rayonunun Qoçulu kəndində anadan olub.
Bakıda ali təhsil alan D.Kərəm 1954-1957-ci illərdə Xankəndidə "Kommunist " qəzetinin xüsusi müxbiri olaraq çalışıb. Sonradan anasının arzusu ilə Bolnisiyə qayıdaraq müəllim kimi fəaliyyət göstərib.

O, 7 kitabın, yüzlərlə elmi məqalənin müəllifi olub.

Daim “İnsanın uzunömürlü olması onun özündən asılıdır”, - deyən D.Kərəmin sonuncu kitabı da "Mən ki, 100 il yaşamasam" adlanıb./ AZƏRTAC

Şərhlər

Yaz...