Tarix: 20.10.2024 / 09:37
Gürcüstandakı soydaşlarımızın problemlərini həll etməyə hazırıq -    Cəmiyyət rəhbəri

Gürcüstandakı soydaşlarımızın problemlərini həll etməyə hazırıq - Cəmiyyət rəhbəri

“Biz harada olmağımızdan asılı olmayaraq, Azərbaycan həqiqətlərini, Qarabağ haqqında gerçəkləri hər kəsə bildirmişik. Hətta 44 günlük Vətən müharibəsindən əvvəl də Gürcüstanda, Rusiyada və Türkiyədə Qarabağın Azərbaycana aid olduğu qeyd edirdik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Borçalı Cəmiyyəti” İctimai Birliyinin rəhbəri Ramiz Həsənov deyib.

O, qeyd edib ki, “Borçalı Cəmiyyəti” İctimai Birliyi Azərbaycanda fəaliyyət göstərsə də, Gürcüstanda yaşayan soydaşlarımızı hər zaman diqqətdə saxlayır:

“Gürcüstanda yaşayan soydaşlarımızın problemləri barədə lazımı yerlərə məlumatlar veririk. Məsələn, Gürcüstanda bizim tarixi kəndlərin, çayların, dağların adlarının dəyişdirilməsinə qarşıyıq. Buna görə, müvafiq yerlərə müraciətlər etmişik və bu adların dəyişdirilməməsinə nail olmuşuq”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...