Tarix: 26.11.2024 / 13:20
Gürcüstanda 6 soydaşımızın torpağı    müsadirə edilir

Gürcüstanda 6 soydaşımızın torpağı müsadirə edilir

Gürcüstanın Marneuli bələdiyyəsində səkkiz vətəndaşa məxsus torpaq sahələrinin bir hissəsi müsadirə olunur.

Diaspora TV teleqraf.com-a istinadla xəbər verir ki, buna səbəb Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı avtomobil yollarının inşasıdır.

Gürcüstanın iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Nino Enukidzenin qərarında deyilir ki, torpaq sahələrinin əldə olunması ilə bağlı hazırlanmış planda sahiblərə kompensasiyanın ödənilməsi məsələsi də yer alıb. Avtomobil Yolları Departamentinin apardığı danışıqlara baxmayaraq, torpaq sahələrinin sahibləri ilə razılıq əldə edilməyib.

Şəxsi əmlakı dövlət tərəfindən müsadirə edilən vətəndaşlardan 6-sı soydaşımızdır. Vətəndaşlara müsadirə haqqında qərardan şikayətlə bağlı məhkəməyə müraciət etmələri üçün bir ay vaxt verilib.

Xatırladaq ki, bu ilin avqustunda Rustavi-Sadaxlı avtomobil yolunun tikintisi üçün Marneulidə digər üç vətəndaşa məxsus torpaq sahələrinin müsadirəsi ilə bağlı qərar qəbul olunub.

Şərhlər

Yaz...