Tarix: 16.12.2024 / 11:26
Qərb də gürcü müxalifəti kimi qurbansız aksiyaları sevmir      - Azərbaycanlı deputat

Qərb də gürcü müxalifəti kimi qurbansız aksiyaları sevmir - Azərbaycanlı deputat

"26 oktyabrda Gürcüstan əhalisi seçim etdi və komandamıza etimad göstərdi. Bu referendum idi, bu mübarizə idi. Bir tərəfdə Gürcüstan xalqı, digər tərəfdə isə Qərb və onların maliyyələşdirdiyi QHT-lər və müxalifət siyasətçiləri dayanmışdı. Nəticədə, Gürcüstanın referendum adlandırılan seçkilərdə qalib gəldiyini gördük və bunu yalnız Qərbin saxta liberal qanadı qəbul etmir".

Diaspora.TV xəbər verir ki, ölkədə baş verən proseslərə Gürcüstan parlament çoxluğunun üzvü Savalan Mirzəyev sosial media hesabında münasibət bildirib.

Onun sözlərinə görə, xarici “ağalar”ı müxalifət nümayəndələrinə parlamentə girməyi qadağan edib:

“Onlar buna tabe olaraq, öz şəxsiyyətini, ləyaqətini və inancını itirmək bahasına hakimiyyəti ələ keçirməyə hazırdırlar. Qərb aktorlarının Gürcüstan polisinin qeyri-proporsional güc tətbiq etdiyi barədə iddiaları, Avropa və Amerikada etiraz aksiyalarının necə dağıdıldığını nəzərə alsaq, Qərb də gürcü müxalifəti kimi, qurbansız aksiyaları sevmir. Əslində, müxalifət liderləri parlamentə girmək üçün səbirsizliklə gözləyirdilər və gözləyirlər. Lakin Avropa və Amerika ağaları onlara bunu qadağan etdilər, imtina etdilər və onlar da buna tabe olurlar. Tabeçilik kölə təbiətinin əsas xüsusiyyətidir”.


Şərhlər

Yaz...