Tarix: 12.10.2024 / 15:33
Gürcüstan siyasətində etnik ayrı-seçkilik təzahürləri    artır

Gürcüstan siyasətində etnik ayrı-seçkilik təzahürləri artır

Gürcüstanda hökumətyönlü media müxalifətə qarşı etnik ayrı-seçkilik ritorikasından istifadə edir.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri ərəfəsində Gürcüstanda hökumətyönlü media müxalifəti biabır etmək üçün millətçilikdən taktika kimi istifadə edir.

Oktyabrın 11-də POSTV təbliğat kanalı reportyorun “Güclü Gürcüstan” müxalifət koalisiyasının lideri Mamuka Xazaradzendən götürdüyü müsahibəni yayıb və müsahibədə jurnalist ondan erməni kökünü niyə gizlətdiyini soruşur.

“Ermənilər bizim qardaş xalqımızdır, ən yaxşı xalqımızdır. Niyə utanırsan?”, deyən reportyor əlavə edib: "Xazaradzenin erməni əsilli olmasına dair sübutlar var”.

Qeyd edək ki, Gürcüstanda gürcü cəmiyyətinin milliyyətçi hissələrində yayılmış stereotiplər vasitəsilə dəstək qazanmaq istəyənlər bu üsullardan çoxdan istifadə edirlər.

Bir tərəfdən guya hər hansı etnik mənsubiyyətlə bağlı birbaşa mənfi fikirlər söyləməkdən çəkinirlər. Digər tərəfdən, onlar rəqibini guya “qeyri-gürcü mənşəli”ni gizlədən biri kimi göstərməyə çalışırlar.

Şərhlər

Yaz...