Tarix: 25.10.2024 / 21:42
Gürcüstan seçkiləri    emiqrasiya problemi yaşayır

Gürcüstan seçkiləri emiqrasiya problemi yaşayır

Gürcüstanda seçici siyahılarında 3,5 milyon insanın adı var ki, onlardan da yüz minlərlə insan itkin düşüb və sənəddə seçkilərdə iştirak edə bilməyən miqrantların (xaricə köçənlər- emiqrantlar) da adı var.

Diaspora.TV xəbər verir ki, bu iddia ilə "Forbes" çıxış edib. Nəşrin məlumatına görə, ən azı 700 min nəfər belə insanın var.

Nəzərə alsaq ki, son 12 ildə Gürcüstan əhalisi azalıb, o zaman 2024-cü ildə yüksək fəallıq olsa belə, seçkilərə təxminən 2 milyon insan qatılacaq.

Nəşr qeyd edir ki, xarici seçki məntəqələrində ən yüksək fəallıq 2020-ci ildə olub. O zaman seçkilərdə 10 minə qədər Gürcüstan vətəndaşı iştirak edib.

Nəşr hesablayıb ki, 2012-ci ildən sonra Gürcüstanda seçkilərdə orta seçici fəallığı 51% təşkil edib. Əslində, mühacirətə uyğunlaşdırılan parlament seçkilərində fəallıq 63-69% arasında dəyişir.

Seçkilərdə iştirakın 70%-i keçdiyi hal bir dəfə olmuşdu ki, onda da hakimiyyət dəyişikliyi baş vermişdi.

Şərhlər

Yaz...