Tarix: 27.09.2024 / 14:30
Gürcüstan prezidentindən diaspora anti-Rusiya     çağırışı

Gürcüstan prezidentindən diaspora anti-Rusiya çağırışı

Gürcüstan prezidenti Salome Zurabişvili xaricdə yaşayan gürcü vətəndaşlarına müraciət edərək, onları oktyabrın 26-da ölkənin taleyini həll edəcəyinə inanan parlament seçkilərində iştirak etməyə çağırıb.

Diaspora.TV xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

"Mən sizə, diaspora üzvlərinə, həmvətənlərimə müraciət edirəm. Demək istəyirəm ki, Gürcüstanın sabahkı gələcəyi sizin əlinizdədir. Sizin əlinizdədir, mənim əlimdə, bizim əlimizdədir. Biz qərar verməliyik ki, Gürcüstan həqiqətən müstəqil, avropasayağı, azad və demokratik ölkə olacaq, yoxsa Rusiyanın təsiri altında qeyri-müəyyən keçmişə qayıdacaq – siz və uşaqlarınız yəqin ki, belə bir ölkəyə gəlməyəcək, geri dönmək və qayıtmaq istəməyəcəksiniz. Bu seçkilər həlledicidir və siz iştirak etməlisiniz. Mən iştirakın nə qədər çətin olduğunu bilirəm. Təəssüf ki, sizin üçün seçki məntəqələri açılmayıb. Lakin buna baxmayaraq, mən bilirəm ki, siz fəal iştirak etməyə hazırsınız", - Salome Zurabişvili bildirib.

Prezident bu gün hakim partiyanın - “Gürcü arzusu”nun Ukraynada müharibənin dağıdılmış şəhərlərini əks etdirən yeni kampaniya banerlərinə də reaksiya verib və onları “rüsvayçı” adlandırıb.

“Mən heç vaxt mədəniyyətimizə, adət-ənənələrimizə, tariximizə və inancımıza qarşı bu qədər rüsvayedici və təhqiramiz bir şey görməmişdim... Sən haradasan? “KQB”-nın emalatxanasında yaradılan plakatı öz xalqına təqdim etmək, bu qədər ləyaqət və rüsvayçılıqdan bəhs etmək necə də acınacaqlı bir hərəkətdir!”,- Zurabişvili Facebook-da yazıb.

Şərhlər

Yaz...