Tarix: 08.10.2024 / 12:23
Gürcüstan heyəti AŞPA-da     Azərbaycanla bağlı məsələyə etiraz edib

Gürcüstan heyəti AŞPA-da Azərbaycanla bağlı məsələyə etiraz edib

Gürcüstan nümayəndə heyəti Azərbaycanla bağlı hazırkı müzakirənin Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gündəliyinə salınmasına etiraz edib.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze bildirib.

O vurğulayıb ki, Gürcüstan nümayəndə heyəti Avropa Şurasının müxtəlif qurumlarının nümayəndələri ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtması məsələsini gündəmə gətirir. Yaxın vaxtlarda Azərbaycan parlamentinə yeni seçilən deputatlarla danışıqlara başlamaq lazımdır.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə toxunan Mikanadze qeyd edib ki, Gürcüstan bunun üçün əlindən gələni edir.

"Bu saziş təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz üçün vacibdir, sülh mühitinin formalaşması və sazişin tezliklə imzalanması bütün ölkələr və bütövlükdə region üçün səmərəli təminatlar yaradacaq", - deyə Mikanadze bəyan edib.

Onun sözlərinə görə, Gürcüstan sülh sazişinə gətirib çıxara biləcək istənilən prosesdə vasitəçi kimi çıxış etməyə hazırdır.

Şərhlər

Yaz...