Gürcüstan Daxili İşlər Nazirliyinin publik hüquqi şəxs olan “112” İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinin 112 qaynar xətti Gürcü dilindən savayı Azərbaycan və digər etnik millətlərin dilində də vətəndaşlara xidmət göstərir.
Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, bununla bağlı yeni mobil tətbiq istifadəyə verilib.
Mobil Tətbiq Azərbaycan dili də daxil olmaqla 5 dildə fəaliyyət göstərir.
Bildirilib ki, mərkəzdə azərbaycan dilində xidmət göstərən kifayət qədər operator var. Onlardan biri də, Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın deputat Pərixanım Sofiyevanın nəticəsi Lalə Sofiyevadır.