Tarix: 03.11.2024 / 10:00
 Gürcüstan 60 ölkə vətəndaşını ölkədən çıxartdı… -   Siyahıda Azərbaycan da var

Gürcüstan 60 ölkə vətəndaşını ölkədən çıxartdı… - Siyahıda Azərbaycan da var

Ötən ay Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 60 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, xarici ölkə vətəndaşlarının bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə Miqrasiya Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb.

Gürcüstanın “Hüquqi statusu haqqında” qanununa əsasən Türkiyə, Azərbaycan, İran, Rusiya, Hindistan, Türkmənistan, Banqladeş, Livan, İraq, Nigeriya, İordaniya, Əlcəzair, Misir və Qanadan olan ümumilikdə 60 vətəndaş ölkədən çıxarılıb.

Ölkədən çıxarılanlar arasında Gürcüstan ərazisində müxtəlif anti-ictimai fəaliyyətlərdə iştirak etmiş şəxslər də var.

Şərhlər

Yaz...