Gürcüstan oktyabrın 18-də İstanbulda keçiriləcək Cənubi Qafqaz üzrə “3+3” platformasının iclasında iştirak etməyəcək.
Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin iştirakı ilə "3+3" regional platformasının növbəti - üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.