Tarix: 17 Oktyabr 2024 15:05 | Baxış sayı: 143
Gürcü diasporunun Osetiyadakı fəaliyyəti osetinləri    qəzəbləndirib

Gürcü diasporunun Osetiyadakı fəaliyyəti osetinləri qəzəbləndirib

Sentyabrın 8-12-də Vladiqafqazda (Şimali Osetiya) Rusiyadakı gürcü diasporu nümayəndələrinin rusiyalı ekspertlərlə qapalı görüşü keçirilib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, tədbiri Rusiyanın Qorçakov Fondunun ayırdığı qrant hesabına Rusiya İctimai Mərkəzi təşkil edib.

Həm Şimali Osetiya, həm də Cənubi Osetiya sakinləri bu görüşü şübhə ilə qarşılayıblar.

Tədbirə nə yerli Şimali Osetiya ekspertləri, nə də KİV dəvət olunub. Buna görə də Rusiya və Gürcüstan arasında münasibətlərin bərpası ilə bağlı pərdəarxası müzakirələr sosial şəbəkələrin osetin seqmentində qızğın müzakirə obyektinə çevrilib. Şimali Osetiyalı politoloq və bloqçulardan biri - Alan Məmiyev Abxaziya və Cənubi Osetiyanın maraqlarının Moskva ilə Tiflis arasında sövdələşmə predmetinə çevrilə biləcəyi ilə bağlı fikir bildirib:

“Gənclərin görüşü” Vladiqafqazda sakit və diqqətdən kənarda keçib. Maraqlıdır, bu görüşə Cənubi Osetiya və Abxaziya nümayəndələri dəvət olunubmu? Axı Rusiya ilə Gürcüstan arasında sövdələşmənin predmeti məhz bu respublikaların maraqlarıdır”.

Bir sıra Şimali Osetiya ekspertləri bu görüşü şərh etmək istəməyiblər. Eyni zamanda, Gürcüstan-Cənubi Osetiya münaqişəsi başlayandan Cənubi Osetiyaya dəstək verən və Gürcüstandan olan on minlərlə osetin qaçqını qəbul edən Şimali Osetiyanın belə bir tədbirin keçiriləcəyi məkan kimi seçilməsinə şübhə ilə yanaşıblar.

Cənubi Osetiya hakimiyyəti Vladiqafqazda gürcü lobbisinin fəaliyyətinə heç bir reaksiya verməyib. Lakin müxalif “Vahid Osetiya” Partiyası Mərkəzi Komitəsinin sədri, parlamentin eks-spikeri Alan Tadtaev fikirlərini bölüşüb:

“Rusiya-Gürcüstan münasibətlərinin istiləşməsi Rusiyadakı gürcü diasporunun fəaliyyətini aktivləşdirib. Bütün bunlar isə Moskva ilə Tiflisin yaxınlaşmasını istəyən eyni kukla ustalarının nəzarətindədir. Baxmayaraq, onlar bilirlər ki, Tiflis öz maraqlarını təmin etmək üçün Moskvaya hər an xəyanət edəcək”.

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs